Mobil versiya
Ekspertlər Avropanın yenidən silahlanmasının vaxtını açıqlayıblar
Tarix: 13-03-2025 | Saat: 21:04
Bölmə:Özəl | çapa göndər

Ekspertlər Avropanın yenidən silahlanmasının vaxtını açıqlayıblar

Avropa ölkələrinə hərbi-sənaye kompleksini yenidən silahlandırmaq və yeniləmək üçün on ildən çox vaxt lazım ola bilər. Bloomberg Intelligence ekspertləri öz hesabatlarında bu qənaətə gəliblər.
“Avropalı NATO üzvlərinə müdafiə sektorlarını gücləndirmək üçün on ildən çox vaxt lazım ola bilər”, – nəşrdə qeyd edilir.

Təhlilçilər deyirlər ki, ordu quruculuğu mövcud tələbatdan əziyyət çəkən “podratçılarda böyük gecikmələr” səbəbindən yavaşlayacaq. Bundan əlavə, Avropanın müdafiə sektorunda təlim keçmiş kadr çatışmazlığı var.
Hesabatda müəyyən edilib ki, regionun kiçik hərbi sənayesi qısa və orta müddətli dövrdə lazım olan hər şeyi təmin edə bilməyəcək.


Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın Avropa İttifaqının yenidən silahlanma proqramında iştirak etmək arzusunu açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025