Deputatın Masallıda görüş və təbirlərdə iştirakı davam edir -Fotolar
Tarix: 13-03-2025 | Saat: 17:01
Bölmə:Ölkə | çapa göndər

Masallıda görüş və təbirlərdə iştirakımız davam edir. “Riyaziyyat aylığı”na qoşulan məktəblilərin mükafatlandırılması mərasimində iştirak edərək, rayon icra başçısının və regional qurumların rəhbərlərinin iştirakı ilə gələcək riyaziyyatçılarımızı mükafatlandırdıq.
2025-ci ilin fevral ayı Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Riyaziyyat aylığı” elan edilmişdi.
Aylıq çərçivəsində riyaziyyat müəllimlərinin forumunun, müxtəlif seminar və dəyirmi masaların, məktəblərdə açıq dərslərin (monitorinqlərin), müəllim və şagirdlərin riyaziyyata aid yaradıcı işlərindən ibarət sərgilərin təşkili, məktəblilər arasında riyaziyyat, məntiq, esse, eləcə də sinif divar qəzetləri (riyaziyyat elm adamları və alimlər, maraqlı kəşflər barədə araşdırma işlərinin təqdimatı) müsabiqələrinin, sinifdənxaric tədbirlərin – gecələr, disputlar, viktorinalar, görkəmli riyaziyyatçılarla şagirdlərin görüşü və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Bu gün ən yaxşı nominasiyalar üzrə qaliblər mükafatlandırıldı. Mükafatlanma mərasimi Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirildi.
Mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri, məktəb direktorları, müəllim kollektivi və şagirdlər iştirak edirdi.
Qeyd edim ki, Masallı rayonunda yerləşən 93 ünumtəhsil orta məktəbinin hər biri "Riyaziyyat aylığı"na qoşulmuşdu. Masallı rayonunda ümimi şagird sayi 28 min nəfərdir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-03-2025