Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələr
Tarix: 13-03-2025 | Saat: 17:38
Bölmə:Siyasət | çapa göndər

Bu gün dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Şimali Makedoniyadır. Şimali Makedoniya və Azərbaycan arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulub. Son illər ərzində bu iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı xeyli sürətlənib, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülüb.
Martın 11-də Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Şimali Makedoniya əlaqələrindən bəhs edib. Ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını vurğulayan dövlətimizin başçısı bildirib ki, “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar.” Bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilmədiyini vurğulayan Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfərindən və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğun aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Mətbuata bəyanatında iki ölkə arasında energetika sahəsində əməkdaşlığa başlanıldığını diqqətə çatdıran Prezident İlham Əliyev keçən ilin sonlarında Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığını və gələcəkdə lazım olan həcmdə qaz təchizatının artırılacağını qeyd edib. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsini xatırladan prezident İlham Əliyev bildirib ki, “Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq.”
Bəli, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, ölkəmizin istehsalı bundan daha çoxdur. Çünki Azərbaycan yerli tələbatı da ödəyir. Ancaq ölkəmizin qaz təchizatının coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələrin gücləndirilməsi də mühüm məsələlərdən biri kimi bəyanatda öz əksini tapmışdır.
Bu səfər onu göstərir ki, Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır, regional və qlobal məsələlərdə də ortaq maraqlar üzərində qurulur. Prezident İlham Əliyevin verdiyi mesajlar, iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açacaq.
Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-03-2025