XII Qlobal Bakı Forumu: “Ölkəmizə qarşı qarayaxma kampaniyaları aparanlar ifşa olunurlar”
Tarix: 13-03-2025 | Saat: 16:48
Bölmə:Siyasət | çapa göndər

Dünya nizamı formalaşdırılmasa, bəşər tarixinin sonu gələ bilər".
Milli Məclisin deputatı Azər Badamov bunu XII Qlobal Bakı Forumunun mahiyyəti və perspektivləri haqqında mətbuata danışarkən deyib.
O, paytaxtda keçirilən XII Qlobal Bakı Forumunun dünya gündəmi üçün xüsusi əhəmiyyət kəsb edən beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb:
"XII Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə də maraq çox böyükdür. Foruma indiki və sabiq prezidentlər, hökumət rəhbərləri, siyaəstçilər, Nobel mükafatı laureatları, beyin mərkəzlərinin nümayəndələri olmaqla 400-dən çox iştirakçı qatılıb. Bununla yanaşı, BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin forumda iştirak etməsi onun əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir. Bu forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” ilə bağlıdır. Bu gün həqiqətən də dünya nizamı heç olmadığı qədər çətin dövrünü yaşayır. Baş verən müharibələr və maraqların toqquşması, birləşmiş qərbin daxilində yaranmış fikir ayrılıqları, o cümlədən qloballaşmış miqrasiyanın yaratdığı çətinliklər və s. gündəliyin əsas mövzularına çevrilib".
Millət vəkilinin qənaətincə, hazırda dünya özünün daha təhlükəsiz və ədalətli nizamının formalaşdırılmasına çalışmalıdır. Əks halda bəşər tarixinin sonu gələ bilər:
"Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Həm də hazırda beynəlxalq arenada dünyanın əsas aktorlarını bir araya yığaraq qlobal məsələlərdə dialoqa nail olunmaq üçün müzakirələrin aparıldığı ikinci bir məkan yoxdur. Çünki dünya parçalanıb və demək olar ki, güclü ölkələr zəiflər üzərində hakimiyyəti ələ almağa çalışırlar. Heç kim dialoqdan, sülhdən, birgə yaşayışdan və ya əməkdaşlıqdan danışmaq istəmir. Azərbaycan isə artıq 12-ci dəfə bu platformanı qlobal müzakirələrə təqdim edir".
Azər Badamovun sözlərinə görə, bu Forum, həm də ölkəmizin sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərinin göstəricisidr. Azərbaycan bütün sivilizasiyaları birgə və sülh içində, multukulturializmə, beynəlxalq hüquqa hörmətlə yaşamağa çağırır.
"Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və öz baxışlarını da ortaya qoya bilirik. Bu, həm də ölkəmizə qarşı qarayaxma kampaniyaları, ikilistandart siyasəti aparanların istəklərini ifşa etmək üçün bir platformadır. Beləliklə, XII Qlobal Bakı Forumu həm qlobal məsələləri müzakirə etmək, həm də sözümüzü beynəlxalq arenaya çatdımaq baxımından yaxşı bir fürsətdir".
Qeyd edək ki, martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Builki Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” son zamanlar xüsusilə aktual olan məsələləri özündə əks etdirir.
Töhfə Səməd
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-03-2025