Böyük toqquşma Suriyada olacaq? - Netanyahudan qalmaqallı açıqlamalar
Tarix: 25-02-2025 | Saat: 09:19
Bölmə:Dünya | çapa göndər

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubunda işğalının daimi olacağı mesajını verib.
aia.az xəbər verir ki, bu barədə Netanyahu çıxış etdiyi televiziya proqramlarından birində danışıb.
Netanyahu Suriyadakı yeni administrasiyanın ölkənin cənubuna nəzarət etməsinə icazə verməyəcəklərini iddia edib:
"Biz yeni rejim qüvvələrinin Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Biz Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edirik".
"İran rejimi İsraili boğmağa çalışır" deyən Netanyahu İrana çox ağır zərbələr vurduqlarını da bildirib.
O qeyd edib ki, onlar İranın raket istehsal imkanlarına ziyan vurublar, lakin son məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
Netanyahu Qəzzada HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına da toxunaraq, bütün məhbusların geri qaytarılmasını təmin edəcəklərini bildirib. (Publika.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025
24-02-2025