Mobil versiya
İran Prezidenti Azərbaycana dəvət olundu
Tarix: 03-02-2025 | Saat: 09:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

İran Prezidenti Azərbaycana dəvət olundu

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakı hesabında məlumat yayıb.

Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025