Mobil versiya
Özbəkistanın əhalisi 2 faiz artıb
Tarix: 27-01-2025 | Saat: 20:59
Bölmə:Özəl | çapa göndər

Özbəkistanın əhalisi 2 faiz artıb

Orta Asiyanın ən sıx məskunlaşdığı Özbəkistanın əhalisi yanvarın 1-i etibarilə 37 milyon 543 min 200 nəfərə yüksəlib.Özbəkistan Dövlət Statistika Agentliyinin məlumatına görə, 2024-cü il yanvarın 1-də 36 milyon 799 min 800 nəfər olan ölkənin əhalisi bir ildə 2 faiz artıb. Müvafiq olaraq, 2025-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 37 milyon 543 min 200 nəfər olub.

Ölkə əhalisinin 19 milyon 135 min 800 nəfəri şəhərlərdə, 18 milyon 407 min 400 nəfəri kənd yerlərində yaşadığı halda, əhalinin 18 milyon 904 min 500 nəfəri kişi, 18 milyon 638 min 700 nəfəri isə qadındır.

Əhalinin sıxlığı ilə müəyyən edilən 1 kvadrat kilometrə düşən əhalinin sayı 2023-cü illə müqayisədə ölkə üzrə 2 nəfər artaraq 83,6 nəfərə çatıb.

2024-cü ildə ölkədə doğum səviyyəsi əvvəlki ilə nisbətən 3,7 azaldığı halda, ötən il ölkədə 926 min 400 körpə doğulub.

2024-cü ildə ölkədə 174 min 400 nəfər dünyasını dəyişib, bu rəqəm 2023-cü illə müqayisədə 0,9 faiz artıb.

2023-cü ildə Özbəkistana 2 min 229 nəfər köç etdiyi halda, bu müddət ərzində 10 min 842 Özbəkistan vətəndaşı ölkəni tərk edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2025