Mobil versiya
Azərbaycan gəncliyi Qalib Lider, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib
Tarix: 28-01-2025 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər

Azərbaycan gəncliyi Qalib Lider, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən büyük hədiyyəsi olan bu günün 28 iliyini qalib ölkənin məğrur ve qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.
Ölkəmizdə sistemli gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hələ sovet dövründə rəhbər vəzifələrdə olduğu vaxtlardan Azərbaycan gənclərinin inkişafı, onların problemlərinin həlli, yüksək təhsil almaları, müasir dünyagörüşülü nəslin kimi yetişməsinə misilsiz töhfələr vermişdir.
Müstəqilliyimizin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclər məsələsi Heydər Əliyev siyasətinin prioritetini təşkil edirdi. 1994-cü ildə ayrıca olaraq Gənclər və İdman Nazirliyinin yaradılması göstərirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafında görür. Onun gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-cı il tarixi isə Azərbaycan gəncliyinin həyatında yeni mərhələ oldu. Həmin gün müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral – Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir.
Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini uğurlar davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Son 21 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
Müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.
44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza zəfər qazandırdı. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Cənab Prezident haqlı olaraq qeyd edir ki, nə qədər müasir silahlar olsa da, müharibədəki qələbə, Azərbaycan gəncliyinin Vətənə olan sevgisinin, sədaqətinin, həmçinin, hər bir hərbçimizin şəxsi şücaətinin, igidliyinin sayəsində əldə edildi.
Bu gün də Azərbaycan gəncləri ölkəmizin daha güclü inkişafı naminə Ulu öndərin siyasətini uğurla davam etdirən Qalib Lider, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-01-2025