Zelenski Trampdan Ukraynanın tərəfində olmasını tələb edib
Tarix: 29-01-2025 | Saat: 08:56
Bölmə:Özəl | çapa göndər
Kiyev ABŞ prezidenti Donald Trampın Ukraynanın tərəfində olmasını istəyir. Bu barədə Ukrayna lideri Vladimir Zelenski Fox News-a müsahibəsində bildirib."Biz istəyirik ki, o (Tramp - redaktorun qeydi) ədalətin tərəfində, Ukraynanın tərəfində olsun", - o vurğulayıb.Zelenski əlavə edib ki, Ukrayna “Rusiya işğalını” tanıya bilməz, lakin münaqişənin diplomatik yolla həllinə üstünlük verir. Bundan əvvəl vətənə xəyanətdə şübhəli bilinərək həbsdə olan Ali Radanın deputatı Aleksandr Dubinski bəyan etmişdi ki, Zelenski Trampın siyasəti nəticəsində Avropa İttifaqının dəstəyini itirir.Yanvarın 23-də Tramp “Ukrayna ilə müharibəyə son qoymaq” üçün mümkün qədər tez Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Onun sözlərinə görə, Kiyev artıq sülh sazişi bağlamağa hazırdır və dialoqdan imtina edəcəyi təqdirdə Moskva yeni sanksiyalarla üzləşə bilər. Eyni zamanda Tramp sülh nizamlanmasında Pekinin dəstəyinə ümid edərək Rusiya və Çinə nüvə arsenallarını azaltmağı təklif edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-01-2025
29-01-2025