“AzInTelekom” vergi borcu olan şirkətə 1 milyon manatlıq tender verdi
Tarix: 24-01-2025 | Saat: 13:47
Bölmə:Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC mövcud həll üçün virtual modul və dəstək, təhlükəsizlik lisenziyalarının yenilənməsi, “WAF” həllinin yenilənməsi və Çağrı mərkəzi xidmətləri üçün 1 287 424 AZN xərcləyəcək. Onun elan etdiyi tenderin qaliblərindən biri “İnfinitech” MMC-nin dövlətə 12 999 AZN borcu olması müzakirə yaradıb.
Hüquqşünas Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz: “Lakin həmin şirkətin tenderdə iştirak edərkən vergi borcu olmaya da bilər. Bunu dəqiqləşdirmək lazımdır”.
Qeyd: “İnfinitech” MMC Şirkətin qanuni təmsilçisi Mustafa Sabir oğlu Əyyubovdur.
Xatırlatma: “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC 2024-cü ildə də nəqliyyat vasitələrinin təmiri xidmətləri ilə bağlı elan etdiyi 68 819 AZN-lik tenderi də vergi borcu olan şirkətə – “VM Motors” MMC-yə vermişdi. Həmin dövrdə MMC-nin dövlətə 24 018 manat borcu var idisə, indi bir qədər də artaraq 51 367 AZN olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025