Mobil versiya
Bu məlumatlar da dövlət sirri hesab olunacaq - FƏRMAN
Tarix: 23-01-2025 | Saat: 20:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu məlumatlar da dövlət sirri hesab olunacaq -

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

aia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman verib.

Fərmana əsasən, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 17-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunu aşağıdakı redaksiyada veriləcək:

“17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025