Mobil versiya
75 dövlət əmlakı hərraca çıxarıldı
Tarix: 30-01-2017 | Saat: 13:14
Bölmə:İqtisadiyyat | çapa göndər

75 dövlət əmlakı hərraca çıxarıldı


Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib.

“AİA.az” xəbər verir ki, bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər.

Hərraca çıxarılan obyektlərin özəlləşdirilməsi ilə bağlı sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir:

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt şəhərləri, Şirvan, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir. Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı “Mərdəkan” restoranıdır. Birinci əmlak 598 min 500 manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024