Mobil versiya
Do Rzeczy: Fico Kiyevi hədələyir, enerji təchizatının dayandırılmasının mümkünlüyünü elan edir
Tarix: 28-12-2024 | Saat: 16:22
Bölmə:Özəl | çapa göndər

Do Rzeczy: Fico Kiyevi hədələyir, enerji təchizatının dayandırılmasının mümkünlüyünü elan edir

Slovakiyanın baş naziri Robert Fiko Kiyevə enerji təchizatının kəsilməsi ehtimalından danışaraq, Ukraynanı hədələyir. Bu, Polşanın “Do Rzeczy” portalının verdiyi qiymətdir.Müəlliflərin fikrincə, Slovakiyanın baş naziri də Ukrayna liderinin respublikanı fəlakətə sürüklədiyi sözləri ilə Zelenskiyə “hücum edir”.

Bundan əvvəl Fiko videomüraciətində Slovakiyanın yanvarın 1-dən sonra qazla bağlı vəziyyəti qiymətləndirəcəyini və Ukraynaya qarşı cavab tədbirləri görmək, o cümlədən Kiyevə enerji təchizatının kəsilməsi imkanlarını nəzərdən keçirəcəyini bildirib.
Fiko əlavə edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması 2025-2026-cı illərdə Avropa İttifaqına 120 milyard avroya başa gələcək. Nəticədə, tədarükün dayandırılması yanacağın qiymətlərinin artmasına gətirib çıxaracaq ki, bu da Avropa iqtisadiyyatını daha da zəiflədəcək, Slovakiyanın baş naziri qeyd edib. Bundan əlavə, Fiko xəbərdarlıq edib ki, ABŞ ilk növbədə Rusiyadan Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəqlini dayandırmaqdan faydalanacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024