Mobil versiya
Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda diaspor siyasəti yeni inkişaf mərhələsini yaşayır”
Tarix: 27-12-2024 | Saat: 10:03
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda diaspor siyasəti yeni inkişaf mərhələsini yaşayır”

“Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1991-ci il dekabrın 16-da, Naxçıvanda həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə möhkəm zəmin yaratdı və sonda bu birliyin formalaşmasına nail oldu.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Azərbaycanlı olmasından hər zaman sonsuz qürur deyən Ümummilli Lider Heydər Əliyev demişdir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu gün Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat belə bir vacib məqamı da diqqət mərkəzinə çəkib ki, Azərbaycanın bu gün özünü dünyaya qalib dövlət kimi təqdim etməsi xaricdə yaşayan həmvətənlərimizin də nüfuzlarının artmasına səbəb olmuşdur: “Bu gün Azərbaycan artıq bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən qalib dövlətdir. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan həmvətənlərimiz də öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. 22 aprel 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisə oldu. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər.”

Fikirlərini davam etdirən N.Aslanov ölkəmizdə həyata keçirilən diaspor siyasətinin önəmini xüsusi qeyd edib: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diaspor siyasəti yeni inkişaf mərhələsini yaşayır. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Dövlət başçısının 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək işinə ən böyük töhvə oldu. Bu gün bütün dünyada yaşayan azərbaycanlılar üçün Həmrəylik günü əsil milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir” – deyə, Növruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024