Mobil versiya
Qar hansı yollarda problem yaradıb? - FOTO
Tarix: 28-01-2017 | Saat: 12:17
Bölmə:Aia TV / Karusel | çapa göndər

Qar hansı yollarda problem yaradıb? - FOTO







"Azəravtoyol" Bakının kənarındakı yollardakı vəziyyətə cavabdehdir. Hazırda nisbətən problem Bakı Dairəvi yolunda yaşanır. Oraya da bizim texnikamız və əməkdaşlarımız cəlb olunub. Yol qardan təmizlənir. Bəzi yerlərdə yola qum və duz səpilir. Bakı-Sumqayıt yolunda vəziyyət normaldır, hərəkət var.

Bu barədə Aia.Az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, bölgələrdə yüksək dağlıq və dağətəyi ərazilərdə çox qar yağıb: "Əsasən Ağsu dolayları, İsmayıll-Muğanlı yolunda problemlər var. Amma oralarda yollara səhər tezdən texnika cəlb olunub, işlər gedir, hərəkət tam bərpa olunub. Yəni, ümumilikdə qarla əlaqədar nəqliyyatın hərəkəti üçün bağlı olan yol yoxdur".

"Azəravtoyol" ASC-nin vəziyyətlə bağlı ümumi məlumatında isə deyilir:

"Qeyri-sabit hava şəraiti ilə bağlı əlaqədar səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.

Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

"Azəravtoyol" ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

Qeyd edək ki, Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb.

Hazırda da yollarda vəziyyət normaldır.

Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlərin olması qaçılmazdır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacın yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024