Mobil versiya
Azərbaycanlıları sözlə çərçivələyənlərə - MƏSLƏHƏTLƏR
Tarix: 26-01-2017 | Saat: 21:18
Bölmə:Aia TV / Karusel | çapa göndər

Azərbaycanlıları sözlə çərçivələyənlərə - MƏSLƏHƏTLƏR






Bu mətnin içərisində reklam yerləşdirə bilərsiniz (müəllif)
Əzizlərim, ulu qələmdaşlar!

1) Mətnləriniz xatirat xarakterli olub, ən yaxşı halda oçerk səviyyəsində zadlardır ki, bununla camaatın balalarını aldatmayın.

2) Bədii mətndəki informasiya bədii informasiyaya çevrilməlidir. Bədii olmayan maraqlı əhvalatlarınız çox bayağıdır. Xatirə danışa-danışa bizi də bezdirmisiniz, xatirələri də.

3) Ədəbiyyat olduğu kimi çəkmək sənətidirsə, fotoqraflar ədəbiyyat üzrə Nobelə namizəd göstərilsinlər.

4) Etnoqrafik elementlərlə dolub-daşan dili gözəl mətnlərin dili ağız boşluğundan o tərəfə keçmir. Yuxarı damaqla dilçək arasında əriyib gedən bal kimi cümlələr birbaşa qida borusuna düşür və mədəyə çatmamış həzm olunur.

Dil!

("dil" sözünü görəndə qeyri-ixtiyari gülümsəyirəm)

5) Düşünürsüz ki, bədii mətnin dili bütün başqa komponentlərdən daha vacibdir. Yanılırsız. Bütün enerjinizi mətnin dilinə xərcləyirsiz. Unutmayın ki, forma və məzmun, bu iki komponent bir-birini tamamlayanda ortaya gözəl nümunə çıxır. Məzmunsuz forma heç kimə lazım deyil. Bir şeyi unutmayın ki, əsərləriniz başqa dilə tərcümə edilsə, mətnin dilini başqa dilə olduğu kimi çatdırmaq mümkün olmayacaq. Ünsiyyət vasitəsi kimi dil bədii mətn daxilində yalnız öz kommunikativ funksiyası ilə qısıtlanmamalıdır.

6) Oxucu kimi prosesin içinə sala bilmirsiniz məni. Prosesin iştirakçısı ola bilmirəm. Hansısa maraqlı (təəssüflə qeyd edim ki, çox vaxt əhvalatlarınız heç maraqlı da olmur) və ya ibrətamiz əhvalat uydurub (təəssüflə qeyd edim ki, çox vaxt heç uydurmursuz da) onu nağılçılara xas intonasiya ilə nəql etməyiniz heç kimə maraqlı deyil... Heç kim deyəndə dünyada yaşayanları nəzərdə tuturam. Maraqlı deyəndə isə, intellektual emosiyaya işarə edirəm. Fantaziyanızı işə salın. Bütün həyat hadisələrini olduğu kimi kağıza köçürmək lazım deyil.

7) Ədəbiyyatın mərkəzində insan dayanmalıdır. Sizin əsərlərinizin mərkəzində isə azərbaycanlı dayanır. Hər imkanda bu azərbaycanlını müdafiə etməyə çalışırsız. Etməyin. Qoyun o azərbaycanlı bəşəri həqiqətlərlə qarşılaşsın.

8) Heç olmasa, mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

9) Heç olmasa, mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

10) Heç olmasa, mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

11) İntellektual emosiya!

12) İntellektual emosiya!

13) İntellektual emosiya!

Yaşı və qələm təcrübəsi hündürlüyümün qapaz tutanından az qala bir bədən uca olan dəyərli yazarlar, lütfən yanlış anlamayın məni.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024