Mobil versiya
Çin rəqəmsal valyuta buraxmağa hazırlaşır
Tarix: 26-01-2017 | Saat: 21:12
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Çin rəqəmsal valyuta buraxmağa hazırlaşır






Çin Xalq Bankı (PBOC) rəqəmsal veksellərin sınağını müvəffəqiyyətlə həyata keçirib.

Aia.Az "Report"a istinadən bildirir ki, keçən ilin dekabr ayında başlayan sınaqlarda Çin Sənaye-Kommersiya Bankı, Çin Bankı və WeBank iştirak edib. Agentlik qeyd edib ki, rəqəmsal veksellerin sınaq emissiyası blokçeyn əsaslı rəqəmsal valyuta buraxmaq istiqamətində ilk addım sayılır.
Həmçinin yaxın zamanlarda rəqəmsal valyutalarla məşğul olan araşdırma institutunun açılması gözlənilir. Bu institutun kriptovalyutalarla yanaşı, blokçeyn araşdırmaları və "Biog Data" ilə məşğul olacağı bildirilib.
Qeyd edək ki, öz kriptovalyutasını buraxmaq barədə PBOC-un planları hələ keçən ilin əvvəlində məlum idi. Bu xəbər PBOC sədri Çjou Syaoçuan tərəfindən də təsdiqlənib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024