Mobil versiya
Ölkədə virus həyəcanı! Yeni variant ilk dəfə aşkar edilib
Tarix: 24-12-2024 | Saat: 20:15
Bölmə:Özəl | çapa göndər

Ölkədə  virus həyəcanı! Yeni variant ilk dəfə aşkar edilib

Bildirilib ki, M pox virusunun yeni variantı ilk dəfə Belçikanın Vallon bölgəsində görülüb.Belçika səhiyyə institutu Sciensano tərəfindən edilən açıqlamada, M pox virusunun yeni variantı ölkənin fransızca danışan Vallon bölgəsində ilk dəfə bir xəstədə aşkar edilib.

Açıqlamada xəstənin Afrikada virus əlamətləri göstərən şəxslə cinsi əlaqə nəticəsində yoluxduğu və həmin şəxsin diaqnozdan əvvəl özünü təcrid etdiyi bildirilib.

Açıqlamada, ölkə daxilində görülən tədbirlər nəticəsində virusun ümumi əhali üçün aşağı riskli olmağa davam etdiyi bildirilib. Belçikada aşkar edilən variantın əvvəlki variantlardan daha yoluxucu olduğu bildirilib.

Mpox virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.

Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024