Mobil versiya
AZƏRBAYCANDA PULLAR DƏYİŞƏCƏK SON DƏQİQƏ:
Tarix: 24-01-2017 | Saat: 13:40
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər



"Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu
Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir.

Mərkəzi Bank bu müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb.

2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilmiş və Qanunda "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilib.
Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub.

Hazırda tədavüldə üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək.

Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 2006-cı il yanvarın 1-dən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024