Mobil versiya
Daha bir nəşr Trampı "İlin adamı" seçdi
Tarix: 19-12-2024 | Saat: 13:11
Bölmə:Dünya | çapa göndər

Daha bir nəşr Trampı "İlin adamı" seçdi

Britaniyanın “Financial Times” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı "İlin adamı" elan edib.

aia.az xəbər verir ki, nəşr bu statusu 2016-cı ildən bəri ikinci dəfə siyasətçiyə verir.

Bu il “Financial Times” hesab edib ki, Trampın yenidən ABŞ prezidenti seçilməsi ölkənin ən yaxın tarixində Ağ Evə “ən dramatik qayıdış” olub. 2023-cü ildə FT Danimarkanın Novo Nordisk əczaçılıq şirkətinin rəhbəri Lars Yorgenseni "İlin adamı" kimi tanıyıb.

Artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk Amerika siyasətçisi olub.

Qeyd edək ki, bundan əvvəl "Time" jurnalı da Trampı "İlin adamı" seçmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə