Ana Sayfa > Dünya > Daha bir nəşr Trampı "İlin adamı" seçdi
Daha bir nəşr Trampı "İlin adamı" seçdi19-12-2024, 13:11. Yazar: sevinc1 |
Britaniyanın “Financial Times” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı "İlin adamı" elan edib. aia.az xəbər verir ki, nəşr bu statusu 2016-cı ildən bəri ikinci dəfə siyasətçiyə verir. Bu il “Financial Times” hesab edib ki, Trampın yenidən ABŞ prezidenti seçilməsi ölkənin ən yaxın tarixində Ağ Evə “ən dramatik qayıdış” olub. 2023-cü ildə FT Danimarkanın Novo Nordisk əczaçılıq şirkətinin rəhbəri Lars Yorgenseni "İlin adamı" kimi tanıyıb. Artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk Amerika siyasətçisi olub. Qeyd edək ki, bundan əvvəl "Time" jurnalı da Trampı "İlin adamı" seçmişdi. aia.az Geri dön |