Təranə Rəcəbli : "Ümummilli Liderimizin bütün həyat və fəaliyyəti öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur"
Tarix: 10-12-2024 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər
“Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş dahi şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının nurunda qədəm qoymuşdur. Bu gün artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, davamlı inkişaf və yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının ən böyük təntənəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı bu görkəmli dövlət xadiminin SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və qlobal miqyaslı layihələr həyata keçirdiyi illərdə bir daha özünün parlaq təzahürlərini tapmışdır. Ulu Öndər Heydər Əliyev hər zaman canından artıq sevdiyi doğma xalqının və vətəninin mənafelərini daim önə çəkmiş, respublikamızın inkişafı üçün malik olduğu bütün potensialını daim səfərbər etmişdir. Ümummilli Liderimizin bütün həyat və fəaliyyəti öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Azərbaycanın müasir simasının, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması və ölkəmizin beynəlxalq müstəvidə layiqli mövqe qazanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.”
Bu sözləri 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə aia.az-a verdiyi müsahibəsində Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri, YAP Sumqayıt şəhər təşkilatının üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.
Daha sonra müsahibimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi misilsiz töhfələrdən, ölkəmizin müasir səhiyyə sisteminin qurulmasında müstəsna rolundan və bu sahənin gələcəkdə tərəqqisinə nail olmaq üçün hələ sovetlər dönəmində atdığı məqsədyönlü addımlardan bəhs edib: “Ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, müasir müstəqil dövlətimizin qurucusu olan Ümummilli Lider Heydər Əliyev həm də Azərbaycan səhiyyəsinin memarı və yaradıcısı yaddaşlara əbədi həkk olunub. Ulu Öndər 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirməyə, yeniliyə, tərəqqiyə əngəl yaradan maneələri qətiyyətlə aradan qaldırmağa başladı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda qısa müddətdə ən mütərəqqi və müasir islahatların həyata keçirilməsinə başlandı. Ulu Öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Dahi rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılırdı. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Məhz həmin dövrdə Azərbaycanda yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi.”
Fikirlərini davam etdirən T.Rəcəbli artıq müstəqillik illərində Azərbaycanın müasir səhiyyə sisteminin qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xüsusi vurğulayıb: “1993-cü ilin iyununda - mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilib. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. 1993-2003-cü illərdə məhz Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın bütün uğurlarının əsasını təşkil edir” – deyə, Təranə Rəcəbli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024