“Tam üzən məzənnə” rejiminə keçidlə bağlı açıqlama
Tarix: 19-01-2017 | Saat: 14:57
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər
“Tam üzən məzənnə” rejiminin əsas atributu odur ki, məzənnə tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən olunur. Cari ilin yanvarın 12-dən artıq valyuta hərracı yeni formatda keçirildi.
Yəni, hərracın mexanizmi dəyişdi və yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni, dolların alınması üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan ortaçəkili məzənnə də avtomatik olaraq rəsmi məzənnə kimi cəmiyyətə təqdim olunur”.
Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
A.Babayev qeyd edib ki, bununla da məzənnə tam liberal əsasda formalaşır:
“Hərracların keçirilməsi bazarın tarazlaşmasına xidmət edir. Manatın ortaçəkili məzənnəsi həm hərracdakı, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi olaraq müəyyən olunur. Həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur.
Yəni, əgər hərrac nəticəsində manatın ortaçəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olunubsa, günün ikinci yarısında isə rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın ortaçəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdankənar əməliyyatların nəticələri təsir edir.
Bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmur. “Tam üzən məzənnə”yə keçid böyük sıçrayış olmadan başladı.Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə baş verdi.
Azərbaycanda isə 3,4% dəyişim olub. Yeni şəraitə adaptasiya gözlədiyimizdən daha sakit və rəvan gedir. Bütövlükdə, bazara və məzənnənin dinamikasına nikbin baxıram”, - deyə o əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024