Mobil versiya
E L A N
Tarix: 07-11-2024 | Saat: 13:30
Bölmə:Özəl | çapa göndər

E L A N

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 07 noyabr 2024-ci il tarixli qərarına əsasən 06 dekabr 2024-ci il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 5-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 06 dekabr 2024-ci il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələ daxildir:

1.Beynəlxalq sığorta bazarlarında iştirakla bağlı razılıq verilməsi.

Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların növbədənkənar ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024