Mobil versiya
Zaxarova Baltikyanı ölkələri Cənubi Koreyaya qarşı sanksiyalar barədə düşünməyə dəvət edib
Tarix: 03-12-2024 | Saat: 19:22
Bölmə:Özəl | çapa göndər

Zaxarova Baltikyanı ölkələri Cənubi Koreyaya qarşı sanksiyalar barədə düşünməyə dəvət edib
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Baltikyanı respublikalara hərbi vəziyyətin tətbiqindən sonra parlamentə girişin bağlandığı Cənubi Koreyanın hakimiyyət orqanlarına qarşı sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyi təklif edib.
“Litva, Latviya və Estoniya bununla bağlı nə qərar verdi? Seula qarşı sanksiyalar tətbiq olunacaqmı? Yoxsa Cənubi Koreya Gürcüstandan şanslı olacaq?” – diplomat Telegram-da yazıb.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” məqsədilə respublikada hərbi vəziyyət elan edib.
Bundan sonra respublika Milli Məclisin binasına giriş-çıxışları bağlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024