Rusiya səfiri Britaniya ilə əlaqələrin davam etdiyini açıqlayıb
Tarix: 03-12-2024 | Saat: 17:33
Bölmə:Özəl | çapa göndər
Rusiyanın Londondakı səfiri Andrey Kelin çətin və rəqabətli vəziyyətə baxmayaraq, Britaniya ilə diplomatik əlaqələrin davam etdiyini açıqlayıb.
RT xəbər verir ki, Rusiyanın Londondakı səfiri Andrey Kelin Rusiya ilə Britaniya arasında diplomatik əlaqələrin davam etdiyini bildirib.
Kelinin sözlərinə görə, çətin və rəqabətli vəziyyətə baxmayaraq, ölkələr arasında təmaslar dayanmır. O qeyd edib ki, Böyük Britaniya səfirliyi Moskvada fəaliyyətini davam etdirir, Londondakı rus diplomatlar isə Britaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr saxlayır.“Mən düşmən sözünü işlətmək istəməzdim, deyərdim ki, biz çox çətin, rəqabətli bir mühitdə işləyirik. Amma təmaslar davam edir”, - deyə Kelin vurğulayıb.
O əlavə edib ki, rusiyalı diplomatların Xarici İşlər Nazirliyinə səfər etmək və diplomatik əlaqələri davam etdirmək imkanı var.VZGLYAD qəzetinin yazdığı kimi, Britaniya bir neçə həftə əvvəl Ukraynaya gizli şəkildə onlarla “Storm Shadow” qanadlı raketlərini təhvil verib, bu raketlərin təhvil verilməsi ilk dəfə Keir Starmerin baş nazirliyi dövründə baş verib, lakin çatdırılma açıqlanmayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024