COP29 - Azərbaycanın beynəlxalq aktual məsələlərin həllinə töhfəsi
Tarix: 29-11-2024 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.
COP konfransları dünya siyasətinin “olimpiadası” kimi qəbul edilir. Bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir. Çox az ölkə belə yüksəksəviyyəli tədbirləri müvəffəqiyyətlə keçirə bilir. Bu səviyyədə tədbirlərin təşkili həm maddi-texniki bazanın güclü olmasını, həm də beynəlxalq nüfuzun və etimadın mövcudluğunu tələb edir. Azərbaycanın qüsursuz təşkilatçılığı, 76 min nəfərin qeydiyyatından keçməsi və bu tədbirin tarixə rekordlarla düşməsi ölkəmizin dünya siyasətinin ön cərgəsinə çıxdığını göstərir. Tədbirin müxtəlif mərhələlərində qlobal liderlərin iştirakını təmin etmək, müzakirələrə şəffaflıq və peşəkarlıq qatmaq ölkəmizin təşkilati imkanlarının genişliyini təsdiqlədi. Azərbaycan yalnız təşkilatçı ölkə kimi yox, həm də qlobal oyunçu kimi öz mövqeyini bir daha sübut etdi. Bu uğur, həmçinin ölkəmizin beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə töhfə vermək bacarığını nümayiş etdirdi.Azərbaycanın bu mötəbər iqlim sammitini yüksək səviyyədə təşkil etməsi ölkəmizin beynəlxalq səhnədə qazandığı etibarının sübuta yetirilməsi idi. Konfrans çərçivəsində müxtəlif müzakirələrdə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları da böyük diqqət çəkdi. Heç bir təhlükəsizlik problemi yaşanmadan başa çatan konfrans Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqımızın qonaqpərvərliyinə işıq salan mühüm bir mesaj oldu.
Bununla yanaşı, COP29 Azərbaycanın son dövrlərdə yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul olunmasını da simvollaşdırdı. Hər kəs bilir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sabitlik və əməkdaşlıq üçün yeni çərçivələr qurub. Bu yeni reallıqları bəziləri qəbul etmək istəməsə də, Azərbaycanın qətiyyətli mövqeyi və strateji addımları həmin reallıqları mübahisəsiz gerçəkliyə çevirdi. Konfrans Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq təkliflərinin beynəlxalq miqyasda dəstək qazandığını açıq şəkildə nümayiş etdirdi.
Azərbaycan Prezidentinin COP29-da etdiyi çıxış, eyni zamanda, ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri vurğuladı. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi. Həmçinin ölkə Prezidenti Azərbaycanın uğurlarını kölgələməyə çalışan qərəzli kampaniyaları ifşa edərək, həqiqətlərin və obyektiv yanaşmaların önəmini bir daha gündəmə gətirdi. Dövlətimizin başçısı yaşıl fanatizmə və reallıqdan uzaq çağırışlara qarşı çıxaraq, COP platformasında daha praktik və inklüziv yanaşmalara ehtiyac olduğunu vurğuladı. Bu çıxış yalnız Azərbaycanın mövqeyini gücləndirmədi, həm də COP tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanın təqdim etdiyi siyasi, iqtisadi və sosial inkişaf modelləri digər ölkələr üçün də nümunə oldu. Prezident İlham Əliyevin balanslı və praqmatik yanaşması Azərbaycanın postmünaqişə dövründə bərpa və inkişaf siyasətinin uğurlarını, dayanıqlı tərəqqi yolunu aydın şəkildə ortaya qoydu.
Bütün bunlarla yanaşı, dünya Azərbaycanın mədəniyyətini, inkişafını və yüksək təşkilatçılıq bacarığını bir daha yaxından gördü. Dostlarımız bu uğura ürəkdən sevindilər, düşmənlərimizin ümidləri puç oldu. Bir sözlə, COP29 Azərbaycanın həm qlobal miqyasda mövqeyini, həm də daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisəyə çevrildi.
Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024