Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları tikiləcək  
Tarix: 29-11-2024 | Saat: 09:28
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər
 
Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının tikilməsi üçün müəyyən konsepsiyalar hazırlanır.
aia.az bildirir ki, bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
"Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb. Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var. Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq. Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.
Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.
Naxçıvanda kənd təsərrüfatı və sənaye üçün yararsız olan torpaqlardan keçərək tranzit infrastrukturunun qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, qonşu ölkələrdən girişlər və çıxışlar var. Bu yerlərdə logistika xidmətlərinin göstərilməsi üçün infrastrukturun qurulması istiqamətində konsepsiyalar gündəmdə ola bilər", - deyə o qeyd edib.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   