NYT: İran Trampın ABŞ seçkilərindəki qələbəsi ilə bağlı yaranmış gərginliyi aradan qaldırmağa çalışır
Tarix: 29-11-2024 | Saat: 08:29
Bölmə:Özəl | çapa göndər

Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra gərginliyi azaltmağa çalışan İran xarici siyasət mövqeyini yumşaldıb. Bu barədə “The New York Times” adı açıqlanmayan İran rəsmilərinə istinadən yazır.
İranın bir neçə həftə ərzində sərt dildən daha barışdırıcı tona keçməsi daxildə və xaricdə baş verən hadisələrdən qaynaqlanır... Mövqeyi dəyişmək qərarına Trampın noyabrın 5-də keçirilən seçkilərdəki qələbəsi, eləcə də gözlənilməz liderlə bağlı narahatlıqlar səbəb olub. İlk dövründə İrana qarşı maksimum təzyiq siyasəti yürüdürdü”, mesajda deyilir.
Materialda qeyd olunur ki, İranın mövqeyinin yumşalmasına İsrailin Livanda Hizbullah qruplaşmasına ağır itkilər verməsi də təsir edib. Qəzet iddia edir ki, bu problemlər İranı öz yanaşmasına yenidən baxmağa məcbur edib.
İran mənbələri həmçinin bildiriblər ki, Tehran Trampın qələbəsindən sonra ABŞ-ın yeni administrasiyası ilə gərginliyi pisləşdirməmək üçün İsrailə zərbə endirmək planlarını dayandırıb. Bundan əlavə, onlar Trampın Yaxın Şərq və Ukraynada hərbi əməliyyatlara son qoymaq planlarının İranı cəlb etdiyini bildiriblər.
Bundan əvvəl “New York Times” qəzeti milyarder və Trampın yaxın müşaviri İlon Maskın İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb, İran və ABŞ arasında gərginliyin necə aradan qaldırılacağını müzakirə edib. Qəzetin yüksək səviyyəli İran mənbələrinin məlumatına görə, Maskın səfir Əmir Səid İrəvani ilə görüşü bir saatdan çox davam edib və gizli bir yerdə baş tutub. Onlar da görüşü “müsbət” və “yaxşı xəbər” adlandırıblar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər