Tramp Ukrayna üzrə sülh planının müəllifinin xüsusi elçi olmasını təklif edib
Tarix: 27-11-2024 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp istefada olan general-leytenant Keyt Kelloqu Ukraynadakı münaqişənin həlli üzrə xüsusi nümayəndə kimi nəzərdən keçirir. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Trampın 2017-2021-ci illərdə prezidentliyi dövründə Ağ Evin Milli Təhlükəsizlik Şurasında aparat rəhbəri olmuş və o zamankı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olmuş Kelloq, xüsusi elçi olacağı təqdirdə, çox güman ki, münaqişənin həlli səylərində mərkəzi rol oynayacaq.
Kelloq Rusiya ilə problemlərin sanksiyalar və kobud güclə deyil, şəxsi razılaşmalarla həll edilməsi ideyasının müəllifi kimi tanınır. O, həmçinin Trampa Ukraynaya dair sülh planını təqdim edib. Buraya hərbi təmas xətti boyunca münaqişənin əsas mövqelərində dondurulması, Kiyev və Moskvanın danışıqlar masasına oturmağa məcbur edilməsi daxildir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024