NATO yeni dünya nizamı üçün Rusiya ilə mübarizə apardığını açıqlayıb
Tarix: 27-11-2024 | Saat: 19:15
Bölmə:Özəl | çapa göndər
Hazırda Şimali Atlantika Alyansı yeni dünya nizamı üçün Rusiya ilə mübarizə aparır. Bunu “Süddeutsche Zeitung” qəzetinə Müttəfiq Qüvvələrin Ali Baş Komandanının transformasiya üzrə müavini general Kristian Badia bildirib.
“Rusiya ilə qarşıdurma təkcə “Soyuq Müharibə 2.0” deyil, bu, yeni dünya nizamından gedir”, - alyansın yüksək səviyyəli zabiti deyib.
Badia əlavə edib ki, Rusiya Çin, Şimali Koreya və İranla “eyni sıradadır”. Generalın sözlərinə görə, dövlətlər guya birgə peyklər və hipersəs silahları hazırlayır, həmçinin kibersferada potensiallarını artırırlar. Bundan əlavə, bu ölkələr Braziliya, Hindistan və Cənubi Afrika ilə birlikdə Qərbin hökmranlığını şübhə altına alır, ümumi iddialar irəli sürür.
Sentyabr ayında Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası və Çinin ədalətli dünya nizamı prinsiplərini müdafiə etdiyini bildirib. Dövlət başçısı izah edib ki, bu, ilk növbədə “beynəlxalq hüquqa, suverenliyə, bərabərliyə” əsaslanır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024