Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi
Tarix: 23-11-2024 | Saat: 10:13
Bölmə:Özəl | çapa göndər
Müasir Azərbaycan dövlətinin sosial-iqtisadi quruculuq inkişafında,dövlətlərarası siyasi və iqtisadi münasibətlərin yaranmasında,beynəlxalq aləmdə öz layiqli yerini tutmasında Yeni Azərbaycan Partiyasının xüsusi payı var.YAP çox çətin və mürəkkəb şəraitdə yarandı. Dövlət müstəqilliyimiz bərpa ediləndən sonra yaranan partiyalar arasında bu partiya dövlətçiliyin,xalqın partiyası oldu.Çünki partiyanın qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olmuşdur.Onun xalqını,millətini,dövlətini,vətənini öz əziz canından artıq sevdiyini və bu yolda canından belə keçməyə hazır olduğunu bütün Azərbaycan xalqı çox yaxşı bilirdi.Ona görə də bu partiya cəmiyyətin çox böyük əksəriyyətinin dərin hörmət və ehtiramını qazandı. Yeni Azərbaycan Partiyasının əsas prinsipləri və vəzifələri dövlət müstəqilliyinin öhkəmləndirilməsi,demokratik,hüquqi,dünyəvi dövlətin qurulması,vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.YAP-ın qarşısında duran əsas vəzifələr dövlətçilik,qanunçuluq,azərbaycançılıq,yaradıcı təkamül,vətəndaşlıq həmrəyliyi və sosial ədalət prinsipləri ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Yeni Azərbaycan Partiyası siyasi idarəetmə prosesinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətləri dəstəkləyir,fəaliyyətinin stimullaşmasına və inkişafına müsbət təsir göstərməkdədir. İllərdi Azərbaycanda müxtəlif siyasi-iqtisadi ,mədəni istiqamətlərdə islahatlar keçirilir.Bu islahatlar Yeni Azərbaycan Partiyasından da yan keçməyib.Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan siyasi sistemində yeni müasir əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edib.Milli həmrəyliyə və sağlam siyasi demokratiyanın inkişafında siyasi,iqtisadi sərbəstliyin qorunmasında,ölkəmizin güclənməsində mühüm əhəmiyyətə malikdir. Keçirilən belə islahatlar və tədbirlər nəticəsində Azərbaycan Prezidenti və YAP sədri İlham Əliyev çox qısa bir zaman ərzində ölkənin ərazi bütövlüyünü bərpa etdi,həm də tam suverenliyə nail oldu. Yeni Azərbaycan Partiyası sədrinin müdrikliyi,strateji zəkası,idarəetmə və siyasi diplomatik məharəti Azərbaycan dövlətini tarixin yeni səhifələrini yazmağa,yeni zirvələri fəth etməyə doğru aparacaqdır.
Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024