Mobil versiya
Arktikada tapılan nəhəng viruslar alimləri təəccübləndirib
Tarix: 22-11-2024 | Saat: 11:07
Bölmə:Özəl | çapa göndər

Arktikada tapılan nəhəng viruslar alimləri təəccübləndirib

Mikrobioloqlar Rusiyanın Arktikasında sensasion kəşf - nəhəng viruslar haqqında danışıblar. Alimlərin fikrincə, aşkar edilən nümunələr adi viruslardan 30 dəfə böyük olub.Beləliklə, arktik virusların uzunluğu 1500 nanometrə çatır, SARS-CoV-2 koronavirus vibrionunun uzunluğu isə 50 ilə 200 nanometr arasındadır. Nauka.rf portalında qeyd edildiyi kimi, nümunələr Şimal Buzlu Okeanın adalarında yerləşən əbədi dondan götürülüb.

Nəhəng viruslar adi viruslardan genetik səviyyədə fərqlənir. Tədqiqatçıların tapdığı kimi, birincinin genomunda digər qrupların viruslarında mövcud olan genlər demək olar ki, yoxdur. Alimlər Arktikada bir qrup nəhəng virusun unikal nümayəndələrini tapmağa ümid edir və onların tədqiqatının biologiyada sıçrayış olacağını gözləyirlər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024