YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi -Fotolar
Tarix: 20-11-2024 | Saat: 15:57
Bölmə:Özəl | çapa göndər
20 noyabr 2024 - cü il tarixdə Yeni Azərbaycan Partiyasınin yaradılmasının 32-ci ildönümü ərəfəsində YAP Qazax rayon təşkilatının yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatı yaradıldı.
Təsis yığıncağının əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
aia.az xəbər verir ki, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yığıncağı açaraq, Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Ümummillli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan yeni ərazi partiya təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. A.Nəbiyev çıxışı zamanı partiyamızın tarixi VII Qurultayında Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə də ətraflı məlumat verdi.
Təsis yığıncağında “Saloğlu” Fərdi Firmasının direktoru Səyid Şərifzadə, əməkdaşlardan Amid Mustafayev, Mehriban Tanrıverdiyeva və başqaları çıxış etdilər. Məlumat verrildi ki, müəssisədə çalışan işçilərın bir hissəsi Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar yeni “Saloğlu” Fərdi Firması ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət etmişlər. YAP Qazax rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ərazidə yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul etmişdir.
Təsis yığıncağında təşkilatı məsələyə də baxıldı, Amid Mustafayev ərazi partiya təşkilatının sədri, Mehriban Tanrıverdiyeva isə sədr müavini seçildi.
Təsis yığıncağının sonunda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədr və müavini təbrik edərək, onlara lazımi tapşırıq və tövsiyyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər