Əziz Ələkbərli: “Taixi günün mübarək, əziz Ağdam”
Tarix: 20-11-2024 | Saat: 08:33
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Ağdam rayonu Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Tarixi abidələrlə zəngin olan Ağdam minillik keşməkeşli tarixdən keçərək bu günə qədər gəlib çatmışdır. Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəkliyi isə 1365 metrdir.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etməyə müvəffəq oldu. Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurdu. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşdular, çoxlu şəhidlər vedilər.
İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən tərəfindən yağmalandı, darmadağın edildi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmaq məcburiyyətində qaldı.”
Bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz bildirib ki, “1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı və təəssüf ki, ikili standart sərgiləyən Qərb buna görə Ermənistana “gözün üstə qaşın var” deməyi belə unutdu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu”
Əziz Əlkəbərli qeyd edib ki, “Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, mahir diplomatik manevrlər öz bəhrəsini verdi. 23 noyabr 2020-ci il tarixdə burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edildi.”
Millət vəkili müsahibəsinin sonunda qeyd edib ki, “bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bizlər o proseslərin şahidi, iştirakçısı və icraçısıyıq. Azərbaycan xalqı inanır ki. vədinə, sözünə sadiq olan cənab Prezident tezliklə Ağdamı yenidən cənnətməkana çevirəcək. Bu inamla da Ağdama “Tarixi günün mübarək, əziz Ağdam!” deyirik.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024