Mobil versiya
Qarabağın qan yaddaşı,Ağdam
Tarix: 18-11-2024 | Saat: 15:43
Bölmə:Özəl | çapa göndər

Qarabağın qan yaddaşı,Ağdam

Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 1,15 min kv km, əhalinin sayı isə 204,0 min nəfərdir (01.01.2020). Rayon kimi yaranma tarixi 08.08.1930-cu il. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardı. Kəndləri bunlardır – Eyvazlı, Bağbanlar, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Saybalı, Baş Güneypəyə, Boyəhmədli, Qızıl Kəngərli, Mollalar, Salahlı Kəngərli, Sofulu, Çəmənli, Sarıcalı, Şükürağalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli, Məmmədbağırlı, Əhmədağalı, Çıraxlı, Kolqışlaq, Mirəşelli, Əlimədətli, Cinli, Əliağalı, Xaçındərbətli, Kürdlər, Qalayçılar, Mollalar, Göytəpə, Abdınlı, Cavahirli, Kosalar, Gülablı, Abdal, Əhmədavar, Xındırıstan, Baharlı, Bəybabalar, Birinci Yüzbaşılı, Dadaşlı, İkinci Yüzbaşılı, Kəlbəhüseynli, Paşabəyli, Sarıçoban, İmamqulubəyli, Çullu, Kəngərli, Qaraqaşlı, Şirvanlı, Qaradağlı, Evoğlu, Rzalar, Qasımlı, Qaradağlı, Qurdlar, Poladlı, Şelli, Baş Qərvənd, Ayaq Qərvənd, Qazançı, Şıxlar, Qiyaslı, Ətyeməzli, Keştazlı, Maqsudlu, Çullu, Eyvazxanbəyli, Şahbulaq, Salahsəmədlər, Şişpapaqlar, Talışlar, Təpəməhlə, Tərnöyüt, Tükəzbanlı, Məlikli, Orta Qərvənd, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Xatınbəyli, Xıdırlı, Çuxurməhlə, Mərzili, Nəmirli, Şoltanlı, Şuraabad, Təzəkənd, Umudlu, Novruzlu, Orta Güneypəyə, Papravənd, Ballar, Sarıcalı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhacılı, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Şıxbabalı, Muğanlı, Üçoğlan, Alıbəyli, Baharlı, Qarapirimli, Böyükbəyli, Kiçikli, Orta Qışlaq, Yeni Qaralar, Mahrızlı, Yusifcanlı, Zəngişalı, Yusifli.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir. Ermənistanın
separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum, həmin ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə düşmən ayağı dəyməyən Ağdam beş illik mübarizədən sonra işğal olundu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.Ağdam rayonu 20 noyabr 2020 - ci ildə Ermənistan işğalından azad olunmuşdur. Qarabağ Azərbaycandır!

Nihat Rzayev ,
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024