Mobil versiya
Münaqişə zamanı Ukrayna sərhədində 40-dan çox qaçışçının cəsədi tapılıb
Tarix: 15-11-2024 | Saat: 13:04
Bölmə:Özəl | çapa göndər

Münaqişə zamanı Ukrayna sərhədində 40-dan çox qaçışçının cəsədi tapılıb


2022-ci ilin fevral ayından etibarən Ukrayna sərhədində ölkəni qanunsuz olaraq tərk etməyə çalışan 40-dan çox hərbi xidmətdən yayınanların cəsədi tapılıb.Bu barədə Ukrayna Sərhəd Xidmətinin spikeri Andrey Demçenko bildirib.


“Biz 40-dan çox insan cəsədini həm su ərazilərində (...), həm də əlçatmaz yerlərdə və sərhədin digər hissələrində aşkarlamışıq. Faktiki olaraq, onlar öz güclərini qiymətləndirmədilər, sağlamlıqlarına qiymət vermədilər və üçüncü şəxslərin vəsvəsəsinə tab gətirdilər”, - deyə Sərhəd Xidmətinin nümayəndəsi bildirib.
O qeyd edib ki, cəsədlərin əksəriyyəti sərhədin su ərazilərində aşkar edilib.


Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin spikeri Dmitri Lazutkin ölkədə İİV və vərəmə yoluxmuş insanların səfərbər olunduğunu bildirmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024