Azərbaycanın Siyasi və Təhlükəsizlik Maraqlarına Cavab Verən Nəticə
Tarix: 14-11-2024 | Saat: 18:22
Bölmə:Özəl | çapa göndər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək, doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məğlub olmuş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi.
Vətən müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından dörd il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu.
Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük bir sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərkən bildirmişdi: "Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm."
10 noyabr bəyanatının imzalanması həm də regionda yeni reallıqların əsasını qoydu. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq kədərinə son qoyuldu. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir.
10 noyabr Bəyanatı həm də regionda uzunmüddətli sülhə gedən yolda bir addım olaraq qəbul edilir. Ermənistanın işğalçılıq siyasəti sona çatdı və Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli Bəyanatla əldə edilmiş nailiyyətlər Azərbaycanın gələcək inkişafına zəmin yaratmaqla yanaşı, xalqımızın milli qürurunu və qələbə ruhunu daim yaşadacaqdır. Bu tarixi hadisə Azərbaycanın dünya ictimaiyyətinə sarsılmaz gücünü nümayiş etdirdi və bütün ərazisində suverenliyini tam təmin etdi.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024