Mobil versiya
Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək
Tarix: 16-09-2015 | Saat: 10:34
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək


Rusiyanın “Qazprom” korporasiyası və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini müzakirə ediblər

Bu barədə “Qazprom” şirkətindən “TASS” xəbər agentliyinə daxil olmuş press-relizdə bildirilir.


“Tərəflər enerji sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət “Qazprom” tərəfindən Azərbaycana təbii qaz tədarükünün bərpa edilməsindən gedib”, deyə məlumatda qeyd olunub.

Məlumatda vurğulanır ki, qaz ixracı Azərbaycanın bu enerji daşıyıcısına artan ehtiyaclarını ödəməyə imkan verəcək.

Qeyd edək ki, “Qazprom” korporasiyasının rəhbəri Aleksey Miller və SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş ötən gün Rusiyanın Sankt Peterburq şəhərində baş tutub.

Xatırladaq ki, “Qazprom”la Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə 2009-cu ilin oktyabrında bağlanılıb. Müqaviləyə əsasən, qazın nəqli 1 yanvar 2010-cu ildə başlanıb. 2012-ci ilin yanvarında isə tərəflər qüvvədə olan müqaviləyə əlavəni imzalayıblar.

2013-cü ildə Rusiyaya nəql olunan Azərbaycan qazının həcmi 1,4 mlrd kubmetr olub, 2014-cü ildə bu göstərici 0,21 mlrd kubmetrə enib.

2015-ci ildə Azərbaycan Rusiyaya qaz nəqlini dayandırıb. (apa)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə