Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək
Tarix: 12-11-2024 | Saat: 21:59
Bölmə:Özəl | çapa göndər
2009-cu ildən - yarandığı dövrdən etibarən ötən müddət ərzində Türk Dövlətləri Təşkilatlarının güclənməsi, qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ölkəmiz xüsusi səylər göstərib. Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib.
Ölkəmiz Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı möhtəşəm zəfərlərlə türk birliyinin güclənməsinə misilsiz töhfələr verdi. Ümumilikdə türk dünyası adına çalınan qələbə kimi tarixə həkk olunan Qarabağ Zəfəri türkdilli xalqların qürur mənbəyinə çevrildi. Təsadüfi deyildi ki, Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü.
İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər təşkilatın gələcək inkişafı üçün yol xəritəsinin nədən ibarət olacağını da aydın şəkildə ortaya qoyur. Sözün əsl mənasında Türk Dövlətləri Təşkilatının lokomotivi - aparıcı gücü rolunu oynayan Azərbaycanın təşəbbüsü - Orta dəhliz layihəsi türk dünyası ölkələrinin birliyinə əvəzolunmaz töhfədir. Respublikamız dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan eyni zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi edir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Ən əsası Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edərək əməkdaşlığı yüksək səviyyədə davam etdirirlər.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024