Göydəniz Qəhrəmanov: “Zəfər Parkının açılışı cənab Prezident İlham Əliyevin xalqa növbəti böyük hədiyyəsi oldu”
Tarix: 10-11-2024 | Saat: 12:08
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Noyabr ayının 8-də Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin dördüncü ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdi. Həmin gün qalib ölkəmizin paytaxtında, Bakıda Ölkə Prezidenti cənab İlham Əliyev möhtəşəm Zəfər Parkının açılışını etdi. Bu, dövlət başçımızın öz xalqına növbəti böyük hədiyyəsi oldu. II Qarabağ savaşında əldə olunmuş Qələbə Azərbaycanın şanlı tarixinin ən şərəfli səhifəsi kimi xalqımızın qan yaddaşına yazıldı. Bu Qələbənin əldə olunması üçün minlərlə igid Azərbaycan oğulları öz qanlarını tökdülər, canlarını fəda etdilər. Əlbəttə ki, xalqımız öz şəhidlərinin əziz xatirəsini heç zaman unutmayacaq və bu xatirənin əbədiləşdirilməsi baxımından da Zəfər Parkının əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Parkın açılış mərasimində xalqa müraciətlə çıxış edən möhtərəm Prezidentimizin dediyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Azərbaycan həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, həm də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldı, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdik. Qırx dörd gün ərzində qəhrəman Azərbaycan hərbçiləri yalnız irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdilər və sonda düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov səsləndirib.
Daha sonra millət vəkili Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində əldə olunan nailiyyətlərdən bəhs edərək bunları deyib: “2020-ci ilin 8 noyabr tarixində Şuşa şəhəri azad edildi. Bundan iki gün sonra Ermənistanın üçtərəfli Bəyanatı imzalaması ilə Azərbaycan müharibəni dayandırdı. O zaman bəziləri bu vəziyyətdən narazılıqlarını bildirirdilər. Hətta belə iradlar da səsləndirənlər olmuşdu ki, niyə bizim qoşunlarımız Xankəndiyə, Xocalıya və digər ərazilərə daxil olmadılar. Lakin tarix özü göstərdi ki, cənab Prezident İlham Əliyevin bu qərarı da son dərəcə yeganə düzgün addım idi. Məhz bu qərar sayəsində Azərbaycan bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi. Dövlət başçımızın ondan sonra da apardığı məqsədyönlü və düşünülmüş siyasət, atdığı qətiyyətli addımlar nəticəsində ölkəmiz həm siyasi, həm də hərbi-strateji mövqelərini böyük dərəcədə gücləndirdi. Məhz cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və möhtəşəm diplomatıyası sayəsində ermənilər Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdikləri 4 kəndini bizə qaytarmağa məcbur oldular. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bütün hədəflərinə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi təmin edildi. Bu gün artıq keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər