Bayrağımız qürur mənbəyimizdir
Tarix: 10-11-2024 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər
Bu gün bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır. Azərbaycan Bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə Azərbaycan xalqının bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi, bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu. Bakıda üçrəngli Azərbaycan Bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi, dünya bir daha gördü ki, bundan sonra heç bir qüvvə həmin bayrağa toxuna, ləkə yaxa bilməyəcək. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir" deməsi də isbatladı ki, bizim üçrəngli bayrağımız mənliyimizin və öz dövlət hakimliyimizin atributudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu bayrağın önündə Ümummilli Lider Heydər Əliyev, onun əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyev baş əyərək, and içdi. Bu gün böyük iftixarla öpdüyümüz üçrəngli bayrağımız hər birimiz üçün arzu idi. Bu anda sadiqliyimizi heç zaman unutmayaq. Çünki bayraqları bayraq edən üstündəki qandır. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024
27-12-2024