Şuşa bizimdir,Qarabağ Azərbaycandır!
Tarix: 10-11-2024 | Saat: 09:07
Bölmə:Özəl | çapa göndər
Ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə başlayan hərbi təcavüzü ərazilərimizin işğalı ilə nəticələnmiş, itirilmiş torpaqlarımızın danışıqlar yolu ilə həllinə 30 il ərzində nail olunmamış, əksinə, mənfur düşmən ölkəmizə qarşı təxribatlarını daha da intensivləşdirmişdi. Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi ilə nəticələndi. Düşmən tapdağı altında olan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücü sayəsində artıq azaddır. Azərbaycan həm də tarixə BMT- nın qətnamələrini özü icra edən ilk dövlət kimi düşdü. Uğurlu əks-hücum əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırırdı. Azərbaycanın hərb sahəsində qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması əməliyyatı müharibənin taleyində həlledici rol oynadı. Beləliklə, yağı düşmən üzərində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Qırx dörd gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024