8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir
Tarix: 09-11-2024 | Saat: 15:16
Bölmə:Özəl | çapa göndər
Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır.
8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır: “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir.
Bu fikirləri Azərbaycan İnformasiya Agentliyinə müsahibəsində YAP Zaqatala rayon təşkilatının məsləhətçisi Sabirə Şeyxzadə deyib.
S. Şeyxzadə fikirlərini davam etdirərək deyib ki, Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı.
Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur.
Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəssisəsi fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır. Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir.
Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq.
AİA.az
Bayram Xudayarov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2024