Üçtərəfli Bəyanat tarixi qələbənin möhürü idi
Tarix: 09-11-2024 | Saat: 08:59
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
44 günlük Vətən müharibəsində Azərbaycan tam qələbə qazandı və bunun məntiqi nəticəsi kimi qələbəni rəsmiləşdirən 10 noyabr bəyanatı imzalandı. Bu, Ermənistanın kapitulyasiyası demək idi. Üçtərəfli bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və bəyanata uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı, Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Bir daha bilindi ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Bununla yanaşı bütün dünya həm də onu gördü ki, Azərbaycan xalqı iqtidar, müxalifət demədən böyük güc olaraq dövlətçilik, ərazi bütövlüyümüzün təmin olunması naminə “dəmir yumruq” kimi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib. Hər bir azərbaycanlı cəbhədən gələn xəbərlərlə nəfəs alıb. Xəbərləri izləyib. Qürur və sevinclərini coşqu ilə bildirib. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konvensiyaların nümayəndələri cəsarətli şəkildə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa ediblər. Qələbədə həmrəyliyimizin və birliyimizin də müstəsna rolu olub. Məhz bu səbəbdən əminliklə demək olar ki, xalq-iqtidar birliyi qələbəmizin ideoloji təməlidir. Bundan başqa, üçtərəfli bəyanat status-kvonu da dəyişmiş oldu. Azərbaycan ordusunun Zəfər yürüşü nəticəsində imzalanan bu sənəd Azərbaycanın maraqlarına tam uyğundur.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, dördüncü ildir biz qalib xalq olaraq bu sevinci yaşayırıq. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti və cəsarəti nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmaq üçün qrafik təqdim etməyə məcbur oldu. Nəhayət, Qarabağa heç bir status verilmədi və hazırda "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirən amildir. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan "tərəflərin hazırda tutduqları mövqedə qalması" bəndi Azərbaycanın birbaşa xeyrinədir. Çünki Ermənistan Vətən müharibəsində hansısa uğur əldə edə bilməyib. Bəyanat Azərbaycan ordusunun şərtsiz hərbi üstünlüyünü təsdiq edir. Hazırda bütün dünya Vətən müharibəsində əməliyyatların hazırlanması və icra edilməsi imkanlarını öyrənir. Müharibə dövründə də dünya ölkələri 44 günlük hərbi əməliyyatları yaxından izləyirdilər. Türkiyənin Azərbaycanın yanında olması, qardaşlıq nümunəsi göstərməsi, qəti mövqeyi də Zəfər qazanmağımızda böyük rol oynayıb. Bu qardaşlıq ayrı-ayrı qüvvələrin münaqişəyə müdaxilə etmək cəhdlərini tamamilə alt-üst etdi, qarşısını aldı. Bununla yanaşı Türkiyənin ölkəmizə dəstək və həmrəylik nümayiş etdirməsi Azərbaycan xalqını qələbəyə ruhlandırırdı. Sonrakı mərhələdə iki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyənnaməsi isə Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrini ən yüksək səviyyəyə qaldırdı. Heç şübhəsiz ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi tarixdə əbədi qalacaq. Azərbaycanın tarixi qələbəsi ötən illər ərzində hazırlanan "Böyük Ermənistan" planını tamamilə darmadağın etdi. "Dağlıq Qarabağ" statusu məsələsi arxivə qovuşdu. Ötən 30 ildə Ermənistan danışıqlar prosesi zamanı nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Üstəlik məğlubedilməz erməni ordusu mifi də yerlə yeksan edildi. Bu qələbə Azərbaycan haqqında məğlub xalq fikirlərini də yaddaşlardan təmizlədi. İndi dünya çapında xalqımız qalib xalq, ordumuz qalib ordu, dövlətimiz də qalib dövlətdir. Böyük Zəfər, xalqın inamını da özünə qaytardı. Dünya Azərbaycan xalqının məğlubiyyətlə heç zaman barışmaq niyyətində olmadığının şahidi oldu - deyə E.Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024