Göydəniz Qəhrəmanov: “Üçtərəfli Bəyanatın imzalanması bütünlüklə Azərbaycanın milli maraqlarına cavab verən hadisədir”
Tarix: 08-11-2024 | Saat: 19:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni siyasi-diplomatik müstəvidə təsdiq edən mühüm tarixi sənəddir. Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan bu Bəyanatda Azərbaycanın daha sonra əldə etdiyi mühüm nailiyyətlərin əsası təsbit olunub. İlk növbədə bu sənədin imzalanması ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdıqdan sonra, münaqişənin hərbi mərhələsi başa çatdı. Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Ermənistan ordusunu 44 günə darmadağın edən Şanlı Ordumuz, erməni ideoloqlarının öz ordularının “yenilməzliyi” barədə uzun illər boyunca hazırlayaraq dünyaya ixrac etdikləri mifləri də dağıtmış oldu. Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının sarsılmaz birliyini və siyasi həmrəyliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların təmsilçiləri çiyin-çiyinə fədakarlıq göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Məhz bu həmrəylik Azərbaycan xalqının ən böyük və ən dəyərli sərvətidir.”
Bu sözləri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasının dördüncü ildönümü münasibətilə aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Daha sonra deputat 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsasının qoyulduğunu diqqət mərkəzinə çəkib: “Sənədin imzalanması ilə əldə olunmuş son dərəcə mühüm nailiyyətlərdən biri kimi bu Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən azad edilməsini və Azərbaycanda Böyük Qayıdış strategiyasının icrasına başlandığını göstərmək lazımdır. İşğalın davam etdiyi 30 il ərzində erməni vandallarının dağıdıb viran qoyduqları şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Həmçinin mühüm məqamlardan biri də budur ki, Üçtərəfli Bəyanatda təsbit olunmuş kommunikasiya layihələrinin reallaşması ilə Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini həyata keçirəcək. Təbii ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın təkcə iqtisadi deyil, həmçinin bir çox siyasi-diplomatik uğurlarının da əsası qoyulmuş oldu. Bu mühüm nailiyyətlərdən biri müharibədən sonra imzalanan digər sənədlərdə artıq Azərbaycanın ərazi suverenliyinin tanıması faktının təsbit edilməsidir. O cümlədən cənab Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bununla da Azərbaycanın həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə tam qələbəsi bir daha öz təsdiqini tapmış oldu.”
Sonda Göydəniz Qəhrəmanov Azərbaycan Ordusunun dünya hərb sənətinə bir sıra mühüm yeniliklər gətirdiyini vurğulayaraq bunları deyib: “Əlbəttə ki, müharibə mübahisələrin həlli üçün qətiyyən bəyənilən bir üsul deyil və Azərbaycan hər zaman güc tətbiqinin əleyhinə çıxış edib. Lakin bu da bir həqiqətdir ki, əgər sülh içərisində yaşamaq istəyirsənsə, gərək savaşa hər zaman hazır olasan. Azərbaycan da bu hazırlığının ən yüksək səviyyədə olduğunu istər Vətən müharibəsinin gedişində, istərsə də keçən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı zamanı bütün dünyaya nümayiş etdirdi. Qürurverici haldır ki, Vətən müharibəsində yeni nəsil müharibə üsulunu təqdim etmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. Ölkəmizin əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, bu əməliyyatların hazırlanması və icra edilməsi taktikası bu gün bütün dünyada öyrənilir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024