Lavrov Trampın rəhbərliyi altında ABŞ-la münasibətlərin perspektivlərini qiymətləndirib
Tarix: 07-11-2024 | Saat: 14:32
Bölmə:Özəl | çapa göndər
Rusiya Vaşinqtonla təmaslardan heç vaxt imtina etməyib, çünki bir-biri ilə danışmağı və özünü təcrid etməməyi vacib hesab edir. “RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın komandası ilə təmasların perspektivləri ilə bağlı sualı cavablandırıb.
“Biz heç vaxt heç kimlə əlaqə saxlamaqdan imtina etməmişik. Prezident Vladimir Putin hər dəfə bu mövzu müzakirə olunanda bizim mövqeyimizi vurğulayır. Danışmaq həmişə bir-birindən təcrid olmaqdan yaxşıdır”, - Sergey Lavrov izah edib.
ABŞ-da seçkilər noyabrın 5-də keçirilib. Respublikaçı namizəd Donald Tramp 277 seçici səsini qazanaraq qələbəsini elan edib.
Eyni zamanda Kreml qeyd edib ki, Rusiya prezidenti Donald Trampı qələbə münasibətilə təbrik etməyi planlaşdırmır və iki ölkə arasında münasibətlər tarixin ən aşağı nöqtəsindədir. Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Donald Trampı “tanışlar vasitəsilə” təbrik etməsi barədə məlumatı etibarsız adlandırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024