Mobil versiya
Harris yoxsa Tramp? ABŞ-da seçki təhlükəsizliyi üçün yüksək səviyyəli tədbirlər həyata keçirilir!
Tarix: 05-11-2024 | Saat: 09:47
Bölmə:Özəl | çapa göndər

Harris yoxsa Tramp? ABŞ-da seçki təhlükəsizliyi üçün yüksək səviyyəli tədbirlər həyata keçirilir!

ABŞ-da seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə səsvermə və səsvermə məntəqələrində yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
“Washington Post”un məlumatına görə, ölkə boyu yerli hakimiyyət orqanları prezident seçkiləri öncəsi ciddi ehtiyat tədbirləri görüb. Bu çərçivədə səsvermə məntəqələrinin və səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameraları yerləşdirilib, bu mərkəzlərin damlarına snayperlər yerləşdirilib.
Ölkədə küçələrə əlavə polis qrupları göndərilərkən, pilotsuz uçuş aparatları ilə də yoxlamalar gücləndirilib.

Vaşinqton və Nevada ştatlarında hər hansı iğtişaş ehtimalına qarşı milli qvardiyaların hazır vəziyyətdə olduğu açıqlanıb.

Səsvermə kabinələrində “çaxnaşma düymələri” qoyularaq seçki qutularının təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırılıb.

6 YANVAR, 2021-ci il KONQRESS REYDİ
ABŞ-da ifrat sağçı qruplar və keçmiş prezident Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün 6 yanvar 2021-ci ildə sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər.

Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. Basqına görə ictimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazandı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024