Mobil versiya
Deputat sənədsiz evlərdən danışdı
Tarix: 30-09-2026 | Saat: 11:48
Bölmə:Parlament | çapa göndər

Deputat sənədsiz evlərdən danışdı

"Xeyli sayda sənədsiz evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisini verməlidir, bunu vermirlər".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir. Onun sözlərinə görə, bu məsələyə baxılmalıdır.

S.Novrzuov qeyd edib ki, 27 il keçməsinə baxmayaraq bələdiyyələrin xəritələri hələ də verilməyib: “Bildiyiniz kimi, Prezident tərəfindən böyük bir müşavirə keçirildi. Bildirildi ki, qeyri-neft sektorundan başqa, dağ-mədən, sənaye sahələrinin istismarı nəzərdə tutulub. Onlardan da bələdiyyələrin ərazilərinə düşür. Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq, lakin 27 ildir hələ də bələdiyyələrin mükliyyətinin xəritələri təqdim olunmayıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026