YAP Cəbrayıl rayon təşkilatı tədbir kiçirib -Fotolar
Tarix: 25-10-2024 | Saat: 14:43
Bölmə:Ölkə | çapa göndər
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının Cəbrayıl şəhər ərazi partiya təşkilatında təşkilatın sədri Arif Fərzəliyev, Cəbrayıl şəhər ƏPT-nın sədri Zahid Hüseynov və partiya fəallarının iştirakı ilə yığıncaq keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Ərazi partiya təşkilatının sədri Zahid Hüseynov YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr və müavinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. ƏPT sədri Zahid Hüseynov, Vilayət Cabbarovun uzun illər YAP-da təcrübəsini və səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü.Sonra YAP fəalı Arif Məhidov ƏPT-nın sədri kimi Vilayət Cabbarovu, sədr müavini kimi isə Ruhid Mehdiyevi təklif etdi.ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Vilayət Cabbarov sədr, Ruhid Mehdiyev isə sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək bildirmişdir ki, ölkəmizin inkişafında partiyanın xidmətlərindən geniş danışıb. Bildirib ki, YAP-ın yarandığı gün - 1992-ci il noyabr ayının 21-i Azərbaycan tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil oldu: “Dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına qədəm qoydu. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. YAP Cəbrayıl rayon təşkilatı və onun üzvləri rayonun ictimai-siyasi həyatında böyük ruh yüksəkliyi ilə fəal iştirak edirlər. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu daha da inkişaf etdirərək Yeni Azərbaycan Partiyasını regionun lider partiyası səviyyəsinə yüksəldib. YAP-ın ideya və məqsədləri rayon təşkilatının iş prinsipinə çevrilib. Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti dövründə qalib partiya kimi yaddaşda qalmışdır və ölkəmizi məğlub durumdan qalib duruma gətirilməsində böyük xidmətləri olmuşdur.Sonda Arif Fərzəliyev yeni seçilən ƏPT sədr və müavininə uğurlar arzulayaraq, partiya üzvlərinə partiyanın işlərində aktiv iştirak etmələrini tövsiyyə etmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024